Birinci xanımdan yaşlı kişi ilə maraqlı rəqs - video
Argentinanın dövlət başçısı Kristina Fernandez de Kirçner Demokratiya və İnsan Haqları Gününün 31-ci ildönümünü insanlarla birlikdə rəqs edərək keçirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin birinci xanımı Buenos-Ayresdə təşkil edilən mərasimə qatılan kişilərlə oynayıb. K.F.Kirçnerin yaşlı bir adamla rəqsi böyük maraqla izlənilib və alqışlarla qarşılanıb.
Tədbir dövlət başçısının nitqi ilə yekunlaşıb.