Müğənni Zamiq Hüseynov türkiyəli həmkarı Murad Boza bənzədilməsinə əsəbiləşib.
Axşam.az-a açıqlama verən sənətçi özünü heç kimə oxşatmadığını deyib:
“Bu haqda sosial şəbəkədə tez-tez yazırlar. O ifaçıdan heç xoşum gəlmir. Məni ona bənzətməyin. Əsəbiləşirəm, xətrimə dəyir. Mən müğənni olanda Murad Boz hələ məşhur deyildi, bek-vokalçı idi. Ümumiyyətlə, kiməsə bənzədilməyi xoşlamıram”.
Geyim tərzindən danışan Z.Hüseynov “Libas seçimində öz fikirlərimə üstünlük verirəm. Yalnız klip çəkilişləri zamanı stilistim Elnurla məsləhətləşirəm” deyə, bildirib.
Burnunda çəpər əyriliyi olan sənətçi plastik əməliyyat etdirməyi düşünmür:
“Əməliyyat istəmirəm. Düşünürəm ki, əyri burun mənə yaraşır. Amma kişilərin estetik müdaxilələr etdirməsinə normal baxıram".
Foto: Ramin ASLANOV