Salma Hayek: "Belə kişilər çox azdır" - fotolar

Salma Hayek: "Belə kişilər çox azdır" - fotolar
1788 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Salma Hayek “The Edit” jurnalının yeni buraxılışının üz qabığına çəkilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ağ-qara fotosessiyada iştirak edən aktrisa şəxsi həyatı ilə bağlı maraqlı müsahibə verib. Salma xoşbəxt nikah haqda danışıb:

“Siz indi mənə güləcəksiniz, amma evlilikdə ən vacibi - düzgün oğlanı tapmaqdır. Bu həm də ən çətin məqamdır. Çünki belə kişilər çox azdır. Kişi səni pis hiss etdirməkdənsə, həmişə dəstək olmalıdır. Xoşbəxt nikah üçün comərdlik, qayğı, həyat yoldaşına diqqət lazımdır”.

S.Hayek cəmiyyətdə qadına münasibətdən də bəhs edib:

“Cəmiyyət hər zaman qadından çox şey gözləyir. Hətta uşaqlarımız belə... Kişilər işləyir, daha çox məvacib alır, karyera pilləsində sürətlə irəliləyirlər. Qadın isə daha tələbkar, özünə əmin olmalıdır. Üstəgəl, uşaqları tərbiyə etməlidir”.