Dünən Nyu-Yorkda keçirilən moda həftəsi başa çatıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirin əsas mövzularından biri də küçə dəbi olub. Həmişəki kimi bu dəfə də paparatsilər moda həftəsində işitrak etməyə gələn məşhur qadınların küçədəki fotolarını çəkərək geyimlərini müzakirəyə çıxarıblar.
Budəfəki "Küçə dəbinin nümayişi"ndə modellər Olviya Palermo, Karli Kloss, Koko Roşa, Cici Hadid, Dilan Penn və başqa məşhurlar "hədəfə düşüblər".