"O səs Türkiyə"nin qalibi, azərbaycanlı müğənni Elnur Hüseynov "Beyaz Show"da qonaq olub.
Axşam.az-ın məlumatına görə, Elnur tamaşaçıların alqışları altında studiyaya daxil olub. O, Azərbaycana, Türkiyəyə təşəkkürünü bildirib. Həmyerlimiz aparıcı Bəyazit Öztürkün suallarını cavablandıraraq gələcək planları haqda danışıb:
"Azərbaycanda cazmen İsfar Sarabskiynen albom üçün ingilis dilində 7-8 mahnı hazırlayırıq. Eyni zamanda tərzimə uyğun türk mahnıları da oxuyacağam".
Daha sonra həmyerlimiz ingiliscə bir caz parçası səsləndirib. E.Hüseynov proqramın sonuna qədər digər qonaqlarla bir yerdə maraqlı söhbətlər edib.