Roza Zərgərli bu dəfə "Dan ulduzu"ndan danışacaq - fotolar
Xəbər
13:54 / 21.02.15
1475dəfə oxunub
A-
A
A+
Müğənni Roza Zərgərlinin aparıcılıq etdiyi "Bakı vaxtı ilə" verilişinin növbəti buraxılışı bu gün İTV-də yayımlanacaq.
Axşam.az-ın məlumatına görə, saat 22:40-da yayımlanacaq verilişdə "Dan ulduzu" ansamblından bəhs olunacaq.
Gecənin qonaqları xalq artisti Oktay Rəcəbov, əməkdar artist Asəf Eyvazov, musiqiçi Tahir Əkbər olub. "Dan ulduzu"nun solistləri, müğənni Nurlan Növrəsli və Vüsalə Əskər qrupla bağlı fikirlərini bölüşəcək.
Layihənin redaktoru Zabir Əliyev, prodüseri, aparıcısı və müəllifi Roza Zərgərlidir.