"Körpü" şouda nələr olacaq? - fotolar

"Körpü" şouda nələr olacaq? -  fotolar
2877 dəfə oxunub
  • A-
  • A
  • A+
“Li-li” qrup və “Mərdan yapım"ın birgə hazırladığı “Körpü” şounun budəfəki qonaqları müğənni Xəyyam Nisanov, Gökan Türkmən və aktrisa Ufuk Kaplan olub.

Axşam.az-ın məlumatına görə, “Aşkı memnu” serialından tanınan Ufuk maraqlı söhbətləri ilə yadda qalıb.
Aynur Hacıyevanın aparıcılıq etdiyi verilişdə qonaqlar sevilən mahnılarını səsləndirib. Türkiyəli tanınmışlar Azərbaycan musiqisinə heyranlağını xüsusi vurğulayıblar. Müğənni Leyla Babayeva isə klassik mahnılarımızı ifa edib.

Qeyd edək ki, “Körpü” şounun növbəti buraxılışı fevralın 22-də saat 22:00-da “Xəzər” telekanalında yayımlanacaq.