Türkiyəli modelyer Çiğdəm Akının Dantenin “İlahi komediya” əsəri əsasında hazırlanan “Cəhənnəm və cənnət” adlı dəfiləsi baş tutub.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Polio (uşaq iflici) ilə mübarizə dərnəyinə dəstək məqsədiylə keçirilən moda nümayişində azərbaycanlı model Günay Musayeva da podiuma çıxıb.
Sinə dekolteli paltarı G.Musayevaya çətin anlar yaşadıb. Belə ki, podiumda gəzərkən Günayın libasının sinəsi açılıb.