1970-ci ildə lentə alınan və bu günədək maraqla izlənilən “Love Story” (“Eşq hekayəsi”) filminin qəhrəmanları 45 il sonra real həyatda evlənmək qərarına gəliblər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işində baş rollarda çəkilən aktyor Rayan O'Nillə Ali Makqroun iyunda ailə quracaqlar.
Qeyd edək ki, O'Nil daha əvvəl “Çarlinin mələkləri” serialı ilə məşhurlaşan aktrisa Farah Fosetlə ailəli olub. Onun bu nikahdan bir oğlu var. Farah 2009-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.