“Oskar” mükafatları gecəsi məşhurların selfiləri ilə bol olub.
Axşam.az-ın məlumatına görə, ötən il şou aparıcısı Ellen DedCenersin “Oskar” gecəsində çəkdiyi “selfi” bir anda sosial mediada ajiotaj yaratmış və ilin ən çox paylaşılan şəkli olmuşdu. Bu il elə bir hal yaşanmasa da, məşhurların şəxsi hesablarından çəkib paylaşdıqları şəkillər maraq doğurub.
Xüsusən, Ceniffer Lopezin aktrisa Meril Strip və Ceniffer Enistonla, Elton Conun ailəvi və Kayli Minoqla şəkli, Con Lecend, Ledi Qaqa kimi müğənnilərin paylaşdıqları fotolar istifadəçilərin diqqətini cəlb edib.
Məşhurların “Oskar” mükafatlandırma mərasimində çəkdikləri selfilərini təqdim edirik: