Fədayə Laçın canlı efirdə ağladı - fotolar

Fədayə Laçın canlı efirdə ağladı -  fotolar
4581 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Fədayə Laçın canlı efirdə göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Düzünü desək” verilişində müzakirə olunan “Övladını atan valideynlər” mövzusuna münasibət bildirib:

“Mövzunun bu olacağını bilmirdim. Öz taleyim gözümün qabağına gəldi. Mən də atasız böyümüşəm. Atam kiməsə uyub, bizi atıb. Allahın böyüklüyünə şükür. 38 il atasız yaşadım, indi onu tapdım. Yaxşı vaxtında yanlarında saxladılar. Xəstə, qazana bilmədiyi günündə o biri arvadı da, uşaqları da onu atıb. Mənə dedilər ki, atan xəstədi, get, baş çək. Bilməmişəm, 3 ildir xəstə imiş. Yenə də getdim onu tapdım, xəstəxanaya yerləşdirdik. Bu hərəkətimə görə məni qınayanlar da var. Amma onun sağalması üçün əlimdən gələni edəcəm. Qaraciyər serrozundan əziyyət çəkir. Orqan köçürməsi edəcəyik”.