Türkiyəli müğənni Özcan Dəniz Bakıdadır.
Axşam.az-ın məlumatına görə, müğənni-aktyor rejissorluğunu etdiyi “Sevimli təhlükəli” filminin qala gecəsində olub. Tədbirdə filmdəki digər aktyorlar-Ayça Ayşin Turan və Şükrü Özyıldız iştirak ediblər.
Tamaşaçıların qarşısına çıxan Ö.Dəniz Bakıda olduğu üçün sevindiyini ifadə edib:
"Filmin artıq Avropada təqdimatı olub və bəyənilib. Ümid edirəm ki, burada da sevilər".
FOTO: Ramin ASLANOV