Sevda Yahyayeva qan verdi - fotolar

Sevda Yahyayeva qan verdi -  fotolar
3446 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayevanın təşəbbüsü ilə ticarət mərkəzlərindən birində xeyriyyə tədbiri keçirilib.
 
Axşam.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə birgə keçirdiyi aksiyada talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan verilib.

Mərasimə gələnlər müğənni Sevda Yahyayeva, Sevil və Sevinc bacıları, Murad Arif, Sevinc Ağaşirinovanın ifalarını dinləyiblər. 

Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyevanın bildirdiyinə görə, bir neçə saat ərzində nəzərdə tutulduğundan çox qan toplanıb. Toplanan qan analiz olunduqdan sonra aidiyyatı olan yerlərə çatdırılacaq. 

S.Yahyayeva çağırışına səs verib qan verməyə gələn hər bir donora, "Kevents group" şirkətinə təşəkkür edib, bundan sonra da müxtəlif xeyriyyə aksiyaları keçirəcəyini bildirib. Sənətçi özü də qan verib.

Tədbirin aparıcılığı Samir Bayramlıya həvalə olunub.