"Ən böyük arzum Zeynəb Xanlarova ilə..."

"Ən böyük arzum Zeynəb Xanlarova ilə..."
3015 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Mənsum İbrahimov 22 ildir oynadığı Məcnun obrazından danışıb.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı “Antrakt” verilişində obrazın məsuliyyətindən danışıb:

“İndiki tamaşaçı çox səbirsizdir. Anında hər şeyi görmək istəyir. Tamaşaçını ağlatmaq da, güldürmək də çətindir. 22 ildir Məcnun obrazını canlandırıram. Hər o rolu oynayanda elə bilirəm, Üzeyir Hacıbəyovun ruhu qarşısında imtahan verirəm. Onu sadəcə canlandırmıram, Məcnunu yaşayıram. Səhnədə ilk Leylim Gülyaz Məmmədova olub. Sonuncu Leylim isə bacısı Gülyanaq Məmmədovadır. Onun çıxışı müsbət qarşılandı. Ən böyük arzum Zeynəb Xanlarova ilə "Leyli və Məcnun" operasını oynamaqdır. Bunu özünə də demişəm, bilir. Gənc vaxtımda Arif Babayevlə Zeynəb xanımın bu ifasına baxıb, həsəd aparırdım".

Qeyd edək ki, Kamran Quliyevin aparıcılıq etdiyi “Antrakt” verilişi həftənin çərşənbə axşamı İctimai telekanalda yayımlanır.