İndoneziyada insanlar qəribə “müalicə” üsulu tapıblar.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 1500 volt elektrik cərəyanını insanı sağaltması haqda yayılan şayiələrdən sonra adamlar kütləvi şəkildə dəmiryollarına uzanmağa başlayıblar. Onlar burda uzanaraq digər relslərdən qatarın keçməsini gözləyirlər.
Bu “müalicə” üsulundan istifadə edən indoneziyalılar deyir ki, 1500 volt elektrik onlara həqiqətən müsbət təsir edir.
Bu ölkədə hər 100 min nəfər 15 həkim düşdüyü İndoneziyada alternativ tibbin geniş yayıldığı deyilir.