Telman İsmayılov türk iş adamına ad günü keçirdi - fotolar

Telman İsmayılov türk iş adamına ad günü keçirdi - fotolar
8019 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli iş adamı Əli Ağaoğlu ad gününü Moskvada qeyd edib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, azərbaycanəsilli rusiyalı iş adamı Telman İsmayılovun təşkil etdiyi ad günü mərasimində Ə.Ağaoğlu türk bayrağı şəklində hazırlanmış tort kəsib. Ə.Ağaoğlu Rusiyanın paytaxtına xüsusi təyyarəsiylə yollanıb.

O, Kreml Sarayını və şair Nazim Hikmətin məzarını ziyarət edib. Məclisə ev sahibliyi edən T.İsmayılova təşəkkürünü bildirən Ə.Ağaoğlu “Yeni yaşımı dostlarımla birgə keçirdiyim üçün xoşbəxtəm” deyib.