Aparıcı Aynur Hacıyevanın təqdimatında yayımlanan “Körpü” şou bayram buraxılışını təqdim edəcək. Axşam.az-ın məlumatına görə, verilişin qonaqları Azərbaycandan Elton Hüseynəliyev, Türkiyədən isə Pətək Dinçöz, Aslıhan Günər olub.
“Selena”, “Asi”, “Şefkat Tepe”, “Zaman elə keçir ki..." filmlərində rol alan A.Günər yaradıcılığından danışıb.
A.Hacıyeva türkiyəli sənətçilərin verilişə marağının günü-gündən artığını vurğulayıb:
“Qonaqlarıma sərbəst, əhval-ruhiyyədə olmaq imkanı yaradıram. Bu dəfə eyni missiyanı Pətək Dinçözlə bölüşdüm – yetərincə səmimmiyyət və mehribanlıq gördüm. Azərbaycana olan istəyi, hörməti sonsuzdur. Qonaqlarla birlikdə studiyada əsl bayram etdik. Canlı musiqilər, Eltonun mahnıları, Leyla Babayevanın hər verlişdə olduğu kimi gözəl nəğmələri bu buraxılışımızı da maraqlı etdi”.
Qeyd edək ki, “Körpü” şou martın 8-də saat 22:00-da Xəzər televiziyasında yayımlanacaq.