İTV-də yayımlanan “Antrakt” verilişinin qonağı əməkdar artist Gülüstan Əliyeva olub.
Axşam.az-ın məlumatına görə, Kamran Quliyevin aparıcılıq etdiyi proqramda müğənni sevilən mahnılarını səsləndirməklə yanaşı, söhbəti ilə də yadda qalıb.
G.Əliyeva bayramları hər zaman ailəsi ilə qeyd etdiyini bildirib:
“Hara getsəm də, çalışıram bayram gecəsi evimə qayıdım. Ailəmin yanında olmağı xoşlayıram”.
Hobbisindən bəhs edən G.Əliyeva “Hobbim yemək hazırlamaqdır. Mən mətbəxə girəndə evdəkilər bayram edir. Plov və yarpaqdolmasını çox dadlı hazırlayıram” deyə, söyləyib.
“Antrakt” verilişinə hər həftənin çərşənbə axşamı İTV-də baxa bilərsiniz.