İtaliyalı fotoqraf Luka Miqliore qeyri-adi bir foto projeyə imza atıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, fotoqraf bir balerinanın gündəlik həyatını çəkib. Amma balerina gündəlik həyatını elə öz tərzində nümayiş etdirib.
O balet hərəkətləri ilə marketdə bazarlıq edir, tennis oynayır, küçədə gəzir, bitkilərə su verir, ticarət mərkəzində mağazalara baxır.
7 aya başa gələn foto-layihədə gənc balerina Esmeralda Astarita çəkilib.