“Paramparça” serialının qəhrəmanları Nurgül Yeşilçayla Ərkan Petekkaya klubların birində maraqlı vaxt keçiriblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinan Akçılın ifası, Ə.Petekkayanın nağarada müşayiəti ilə gecə boyunca rəqs edən Nurgül məkandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
O, “Ərkan çaldı, Sinan oxudu, mən oynadım. Həmin vaxt məndən adımı soruşsaydınız, bilməzdim”, - deyə rəqsi ilə bağlı açıqlama verib.