Müğənni Ayan Babakişiyeva 1 yaşı tamam olan qızı Selenanın üzünü ilk dəfə geniş ictimaiyyətə göstərib.
Axşam.az-ın məlumatına görə, sənətçi qızı ilə "Ay Zaur" verilişinin kamerası qarşısına keçib.
İfaçı övladının ad gününü Gəncədə keçirib. Bunun səbəbini isə A.Babakişiyeva belə izah edib:
"Gəncə mənim və əkiz qardaşım, hazırda Türkiyədə yaşayıb-fəaliyyət göstərən Samir Babakişiyevin dünyaya göz açdığı şəhərdir. Qohumlarımızın hamısı orada yaşayır. "Ay Zaur "u orada çəkəcəyimizi planlaşdırmırdıq. Həm Zaur, həm də verilişin redaktoru Nəzakət xanım Selenanın ad gününü Gəncədə təmtəraqlı şəkildə qeyd etmək istədiyimi biləndə təklif irəli sürdülər ki, martın 1-dən əvvəl qonağımız olub, qızımı ilk olaraq görüntüləsinlər. Selena dünyaya gələndən bu günə kimi doğmalarım və dostlarımdan başqa heç kim qızımı yaxından görməmişdi. Bunun bir neçə səbəbi var idi. Onlardan danışmaq istəmirəm. Çox sevdiyim "Ay Zaur" komandasını qızımın ad günündə görmək xoş oldu. Dəvətimizi qəbul edib Gəncədə çəkilişdə iştirak edən dəyərli sənət dostlarım - xalq artisti, xanəndə Könül Xasıyevaya, müğənnilər Kərim Abbasov, Elçin Cəfərov, aşıq Azər Xanlaroğluna, "Mübarək" rəqs qrupunun üzvləri Süleyman və Elradaya təşəkkür edirəm. Yaxın dostlarım, jurnalist Şahin Cavadsoy, bəstəkar Rövşən İlknuri, prodüser Tural Şıxəliyev eləcə də qardaşım Samir bu günlər ərzində yanımda oldular. Ən sonsuz minnətdarlığım isə başımın tacı, daim mənə yaşam stimulu verən anam Sevda xanımın ünvanınadır. Qızımın ad gününü Gəncədə keçirməyimin ən önəmli səbəblərindən biri dünyasını dəyişən Leylan nənəmə verdiyim sözdür. Nənəm vəsiyyət etmişdi ki, nəticəsinin ilk ad gününü ana yurdumuzda keçirək. Modelyer Şəlalə Maqsudova qızım üçün gözəl libas hazırlamışdı. Məclisimə gələn sadiq dostlarım, parapsixoloq Həsən Həsrət, stilist Rəşad, şoumen Ruslana da var olun deyirəm".
Qeyd edək ki, martın 4-ü Ayanın anasının 50 illik yubileyi idi. Müğənni buna görə qızının ad gününün sonunda baş tutan atəşfəşanlıqda 501 rəqəmindən istifadə edib.
Foto: Rəşad Abbasov