Müğənni Ebru Gündeş 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə verdiyi konsertdə arzularını dilə gətirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi xanımlara qarşı zorakılığı pisləyib:
“Kaş, Qadınlar gününü xoşbəxt qeyd edə bilərdik... Hər gün onlara edilmiş şiddətlə bağlı xəbərlə əhvalımız korlanır. Qadınlara, ümumiyyətlə hər hansı bir canlıya qarşı zorakılığın baş vermədiyi bir il keçirək, inşallah”.