Ornella Mutinin 60 illik yubileyidir

Ornella Mutinin 60 illik yubileyidir
2807 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli italyan aktrisası Ornella Mutinin 60 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, əsl adı Françesko Romana Rivelli olan ulduz 1955-ci ildə Romada anadan olub. Atası Neapol doğumlu italyan, anası isə estondur. Kann Kino Festivalının daimi qonağı olan Ornellanın film sahəsində ilk debütü 15 yaşında olub. 1980-ci ildə çəkilən “İnadkarın ram edilməsi” filmi ilə şöhrətini daha da artıran Muti müsahibələrinin birində baş rolda oynadığı həmkarı Adriano Çelentano ilə vaxtilə eşq yaşadığını etiraf edib. Onun çəkildiyi filmlər arasında “Leonor”, “Qız və cənab”, “Yepiskopun otağı”, “Həyat gözəldir”. “Sevgi və pul”, “Yaza qədər gözlə, Bandini”, “Mən və bacım”, “Qaçış”, “Kişilər və qadınlar, həqiqət və yalan”, “Qatil”, “Qan və qızılgül”, “Roma macəraları” və s. yer alır.

Ornella Muti iki dəfə ailəli olub. Birinci əri Alessio Orano (1975-1981), ikinci əri isə Federiko Facchinettidir (1988-1996). Üç uşağı var: anasına oxşarlığı ilə tanınan və ispan film rejissoru Xosé Luis Bermúdez de Kastro Akasodan olan qızı Naike Rivelli, Andrea və ikinci əri Facchinettidən olan qızı Karolina.

1998-ci ildən bəri plastik cərrah Stefano Pikkolo ilə birlikdə yaşayır. Muti 1994-cü ildə "Class" jurnalının təşkil etdiyi anketdə dünyanın ən gözəl qadını seçilib.