Musiqiçilər Sem Smit və Con Leqend "Lay me Down" mahnısını duet şəklində oxuyublar.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, S.Smitin keçən ilki albomuna daxil olan mahnını onlar xeyriyyə məqsədi ilə ifa ediblər. Mahnı Böyük Britaniyada iki ildən bir fiziki qüsurlu və ailə qayğısından məhrum uşaqlara həsr olunan "Qırmızı burun günü" üçün nəzərdə tutulub.
Həmin gün əldə edilən bütün gəlirlər Afrikada aclıqdan əziyyət çəkən uşaqlara göndəriləcək.