"Hamı düşünür ki, üzüyü sevgilim bağışlayıb" - fotolar

"Hamı düşünür ki, üzüyü sevgilim bağışlayıb" -  fotolar
4980 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli alış-veriş mərkəzində fotokameramıza tuş gəlib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi geyimlərindən bəhs edib:
 
“Alış-verişi sevirəm. Son zamanlar Bakıda mağazalara az gedirəm. Libaslarımı xaricə səfərə yollananda alıram. Bikef olanda mağazalara baxmağı xoşlayıram. Brend xəstəsiyəm. Amma bəyənəndə ucuz, brend olmayan bir libası da alıram. Əsas odur ki, yaraşsın. Səhnə geyimini 2 dəfədən artıq istifadə edə bilmirəm. Evdə qoymağa yer yoxdur. Gələcəkdə bəlkə onları satışa çıxardım”.

G.İbrahimli 8 Mart- Beynəlxalq Qadınlar günündə onun üçün hədiyyə olunan üzüklərdən də danışıb:

“Hamı elə düşünür ki, üzüyü sevgilim bağışlayıb. Həyatımda heç kim yoxdur. Hələ hədiyyələrimin çoxunun fotosunu paylaşmamışam. Üzükləri isə dostlarım bağışlayıb”.

Foto: Ramin ASLANOV