Müğənni Nadir Qafarzadə "Sənə qurban olum" adlı mahnısını dinləyicilərin ixtiyarına verib.
Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Altay Yaşara, musiqisi Fərid Kərimliyə məxsusdur.
N.Qafarzadə yeniliklərindən də xəbər verib:
“Türkiyədə həyata keçirəcəyim layihənin hazırlıqlarını davam etdirirəm. Bu böyük bir iş və partlayış olacaq. Tam hazır olduqdan sonra ətraflı danışacam. “Sənə qurban olum” bəstəsinin söz və musiqisi bir-birini tamamlayır. Düşünürəm ki, bəyəniləcək”.