Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu yeni mahnını bu dəfə əməkdar artist Manana ifa edib.
Axşam.az-ın məlumatına görə, bəstə "Söylə sənmisən?" adlanır.
S.Tofiqqızı yeni musiqisi haqda bunları deyib:
“Manana çox istedadlı ifaçıdır. Mən və Qənirə xanım növbəti mahnımızı ona həvalə etməkdən məmnunluq duyduq. Bu, Qənirə Paşayevanın şeirinə bəstələdiyim 11-ci mahnıdır. Hələ ardı var".
Qeyd edək ki, "Söylə sənmisən?"in aranjimanı Osman Həmidova məxsusdur.