Yeni "Ayrılsak da beraberiz"in ilk fraqmenti - video
Klip
15:42 / 10.03.15
3042dəfə oxunub
A-
A
A+
1999-2004-cü illərdə TRT 1 daxil olmaqla, bir çox kanalda yayımlanan məşhur “Ayrılsak da beraberiz” serialı bu dəfə prodüser-aparıcı Acun İlıcalının “TV8” kanalında ekranlara gələcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birol Güvənin prodüserliyi ilə çəkilən serialın aktyor heyəti tamamilə dəyişib. Ekran işinin yeni versiyasında baş rollarda Mete Horozoğlu və Alqı Eke yer alıblar.
“Ayrılsak da beraberiz”in artıq ilk fraqmenti də yayımlanıb.