Qeyri-adi evlilik təklifi - video

Qeyri-adi evlilik təklifi - video
2178 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir ildir sevgilisinə hər gün evlənmə təklif edən oğlan son dövrlərin ən maraqlı evlilik təklifinə imza atıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 2014-cü il yanvarın 8-dən sevgilisi Cennifer Kesselə evlilik təklif edən Din Smit hazırladığı video ilə sevgilisinin ürəyini fəth edib.

Amerikanın Arizona əyalətində yaşayan Smit 1 il ərzində hər gün ağ taxta üzərinə “Cennifer, mənimlə evlənərsən?” yazıb.

Bunu kameranın yaddaşına köçürməyi unutmayan gəncin evlilik təklifi videosuna “Youtube” şəbəkəsində 8 milyon dəfə baxılıb.