Bu il bəzi müğənnilər, Madonna və Björk başda olmaqla mahnılarının oğurlanaraq yayılması ilə mübarizə aparmalı oldular.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu dəfə illər əvvəl fəaliyyətini dayandıran "Nirvana"nın "heç eşidilməmiş" mahnısı internetdə yayılıb. Hakerlər "Flaccid Bone" mahnısını mərhum roker Kurt Kobeyn sevmədiyi üçün alboma salınmadığını iddia ediblər. Ancaq Kobeynin müəllif hüquqlarını müdafiə edən "Courtney Love" belə bir mahnının heç olmadığını və bunun yalan olduğunu bildirərək məhkəmə açıb.
Digər tərəfdən, HBO telekanalının hazırladığı 'Kurt Cobain: Montage of Heck' sənədli filmində heç yayımlanmamış bir "Nirvana" mahnısı olduğu iddiası irəli sürülüb. Filmin rejissoru Brett Morqen 12 dəqiqəlik akustik mahnının təqdim olunanda hit ola biləcəyini söyləyib.