Son 50 ildə Əfqanıstan çoxlu müharibələr və işğallar görüb. Bu müharibələrdən qabaq – konkret olaraq 1967-ci ildə Əfqanıstan özünün sakit həyatını yaşayırdı. Geridə qalsa da, hələ feodal quruluşundan xilas olmasa da, insanlar nisbətən azad idilər. Əhalinin bir hissəsi çox geridə qalsa da, bir qismi müasir həyat yaşayırdı.
1979-cu ildə Əfqanıstanın "marksistlər"i Sovet ordusunu bura dəvət etdi. Elə həmin ildə Sovet qoşunları bura daxil oldu. Müharibə 9 il sürdü.
1996-cı ildə isə Əfqanıstanı radikal təşkilat olan "Taliban" idarə etməyə başladı.
Bundan sonra ölkədə ciddi şəriət qanunları tətbiq edildi. Televiziya, musiqi və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı (ağ rəng – taliban hərəkatının bayrağıdır), qadağan olundu. Kişilər müəyyən uzunluqda saqqal saxlamalı idi. Qadınlara işləmək, kişi cinsi tərəfindən həkim müayinəsindən keçmək, ictimai yerlərdə yanında həyat yoldaşı və ya kişi qohum olmadan görünmək qadağan edildi. Qız uşaqları qəti şəkildə təhsil ala bilməzdilər.
"Taliban"ın hakimiyyəti zamanı orta əsr cəza növləri tətbiq edildi: oğurluğa görə bir və ya iki əl kəsilirdi və s.. Talibanlar bu ölkədə Buddanı canlandıran, III və VI əsrlərə aid ən böyük buddist abidəsini məhv etdilər. Onlar hətta şiələri də sıxışdırırdılar...
2001-ci ildə isə ABŞ və müttəfiq qoşunları Əfqanıstana daxil oldu. Ölkədə yenə müharibə başladı. 2014-cü ildə qoşunlar ölkədən çıxdı.
Axşam.az Əfqanıstanın müharibədən qabaqkı fotolarını təqdim edir.