"İncilər" verilişinin aparıcısı Samirə Rəhimova avtomobili ilə fotokameramız qarşısına keçib.
Axşam.az-a açıqlama verən aparıcı özünü ideal sürücü adlandırıb:
“Avtomobil idarə etməyi çox sevirəm. Sükan arxasında demək olar ki, istirahət edirəm. Bəlkə də ona görə təmkinli, səliqəli maşın sürürəm. İdeal sürücüyəm deyə bilərəm. Qaydalara bacardığım qədər əməl edirəm. Hər zaman təhlükəsizlik kəməri taxıram, əks halda narahat oluram. Başqalarına da tövsiyyə edirəm ki, təhlükəsizlik kəməri taxsınlar. 7 ildir maşın sürürəm, bu günə qədər cəmi iki-üç dəfə cərimə olunmuşam. Üç dəfə avtomobil dəyişmişəm. Hazırki maşınım çox böyükdür. Kiçik ölçülü avtomobilləri sevmirəm. Bu qış qarlı havada belə maşını özüm sürürdüm. Həyat yoldaşımın da köməyi ilə xətasız ötüşdüm. Yol mədəniyyətini hamı bilməlidir. İndi sürücülər kobud səhvlər edirlər. Ona görə də qəzalar çox olur. Öz sürücülüyümə arxayınam və çox diqqətliyəm”.
Foto: Ramin ASLANOV