"Onunla keçirdiyim yuxusuz gecələrimi çox sevirəm"

"Onunla keçirdiyim yuxusuz gecələrimi çox sevirəm"
4900 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Rayan Qoslinqlə ailəli olan aktrisa Eva Mendes “Women's Health” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, yenicə ana olan aktrisa yuxusuz qaldığı gecələrdən həzz aldığını deyib:

“Qızımla birlikdə keçirdiyim yuxusuz gecələrimi çox sevirəm. Çünki, biz bir-birimizə daha da doğmalaşır və bağlanırıq. Ana olmaqla bağlı kiməsə məsləhət verə bilmərəm. Mənə “Bir neçə aydır bu hissi yaşayırsan. Sadəcə sus” deyərlər”. Xatırladaq ki, Eva Mendes ötən ilin sentyabrında ana olub. Aktrisa qızına Esmeralda Amadar adını verib.