Son vaxtlar artıq çəkiləri səbəbindən müzakirə obyektinə çevrilən ingilis model Kelli Bruk arıqlamaq qərarına gəlib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı model artıq əvvəlki bədən quruluşuna qayıdıb. Sevgililərindən ayrıldığı üçün stress keçirən və kökələn Kelli idmanla məşğul olarkən tez-tez obyektivlərə tuş gəlir.
K.Brukun necə arıqlaması ilə bağlı video-çarx hazırladığı deyilir. Arıqlayan modelin üz cizgiləri də dəyişib.