Rusiyanın "Eurovision-2015"ə göndərəcəyi iştirakçı rəsmi olaraq məlum olub.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, müğənni Polina Qaqarina "A Million Voices" mahnısıyla ölkəsini müsabiqədə təmsil edəcək. İfaçının prodüseri Konstantin Meladze qeyd edib ki, Polinanın mahnısı sülh haqqındadır:
"Bu gün Qaqarina ölkənin ən yaxşı vokalistlərindən biridir. O, müsabiqəyə tam hazırdır. Səhnə üçün yetərincə təcrübəsi var".