"Elton məndən yaxşı oxuyur" - Teymur Əmrah

"Elton məndən yaxşı oxuyur" -  Teymur Əmrah
1404 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Teymur Əmrah “Antrakt” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, yaradıcılığından bəhs edən müğənni tələbələrini də tərifləyib:

“Əvvəl deyirdim kaş bariton səslə doğulardım. İndi deyirəm ki, kaş şanson ifaçı olardım. Bu cür ifaçılar fərqli olur. Məsələn, Mirzə Babayev şanson oxuyurdu. Bu sənətdə çox tələbələrim var. Onların bəzilərindən razıyam. Mən etiraf edirəm ki, Elton Hüseynəliyev məndən yaxşı oxuyur. O müəllim xoşbəxtdir ki, tələbəsi gələcəkdə ondan yaxşı ifa edir”.

Qeyd edək ki, aparıcılığını Kamran Quliyevin etdiyi “Antrakt” verilişi həftənən çərşənbə axşamı İTV-də yayımlanır.