Zemfiraya ad günündə sürpriz etdilər - fotolar

Zemfiraya ad günündə sürpriz etdilər - fotolar
3145 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Zemfira Adıgözəlova dünən ad gününü qeyd edib.

Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən aparıcı hədiyyələrindən danışıb:

“İlk təbrikimi Züleyxa Akçurinadan aldım. Bakıda olmadığından, internet vasitəsiylə təbrik etdi. Bir də rəqqasə Alla Kuşnir özəl video göndərib. Ad günümü ailəm və “M Group”un kollektivi ilə keçirdim. Ailəm brilyant qaşlarla bəzədilmiş qızıl dəst bağışlayıb. Həmin dəsti çoxdan bəyənirdim. Yaxınlarım da bunu bildiyindən alıb sürpriz etdilər. Mənim üçün hədiyyənin qiyməti önəmli deyil. İnsanların yazdığı təbrik mesajları belə mənim üçün dəyərlidir. Yaşımın artmasına narahat olmuram. Məni illərin tez ötüb keçməsi qorxudur. Fikrimdə olan işlərimi çatdırmamaqdan qorxuram”.