Toliki bu hala saldılar - video+fotolar

Toliki bu hala saldılar - video+fotolar
2858 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Səs verməyin!” verilişinin növbəti hədəfi prodüser Tolik olub.

Axşam.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq mindən çox səs toplayan qonağın başına pomidor şirəsi və un töküləcəkdi.

Tolik 831 SMS yığmasına baxmayaraq, qurğunun işə salınmasını və başına pomidor şirəsinin tökülməsini istəyib:

“Bir az adrenalin yaşayaq. Mənə 831 insan səs verdi. Əgər 9 milyon səs gəlsəydi, pis olardım. Amma gördüm ki, məni sevənlər daha çoxdur. Allah tamaşaçıları hər zaman güldürsün. Düşmənlərimə demək istəyirəm ki, sizin arzularınız yerinə yetmədi. Amma onu mən çin etdim. Hamınızın Novruz bayramı mübarək”.