Ağ Evdə Azərbaycan rəqsi ifa olundu - video+fotolar
Ölkə
12:58 / 12.03.15
6319dəfə oxunub
A-
A
A+
Ağ Evdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.
Axşam.az “Cümhuriyyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obamanın ev sahibliyi etdiyi mərasimə Novruz bayramını keçirən ölkələrdən nümayəndələr qatılıb. Yığıncaqda Azərbaycan folklorundan “Nəlbəki” rəqsi nümayiş olunub.
M.Obama çıxışında Ağ Evin bütün mədəniyyətlərin müxtəlifliyini əks etdirməyə çalışdığını deyib və Novruzu onlardan biri adlandırıb. O, Novruz bayramı ilə əlaqədar tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu bildirib.