Model İrina Şeyk Nyu-Yorkda yerləşən heyvanlar üçün sığınacağa baş çəkib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, model çəkinmədən orada olan itləri və küçükləri qucağına alaraq onları yemləyib.
İrina bu addımı ictimaiyyətin diqqətini qayğıya ehtiyacı olan heyvanlara çəkmək üçün atdığını deyib. İ.Şeykin sözlərinə görə, o, hər il belə sığınacaqlara baş çəkir.