İtalyanəsilli ABŞ aktyoru Al Paçino 35 yaşlı argentinalı aktrisa Lyusila Sola ilə evlənmək istəyir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 74 yaşlı aktyoru gələcək həyat yoldaşı ilə arasındakı 39 yaş fərqi narahat etmir:
“Ola bilər, toy edək. Hələ dəqiq heç nə deyə bilmərəm. “Heç vaxt heç vaxt” demə”. İndiyədək evlənməyən Al Paçinonun bu açıqlaması fanatlarını təəccübləndirib.
“Xaç atası”nın ulduzu bir çox qadınla eşq macərası yaşasa da, onların heç biri ilə rəsmi nikaha girməyib. Al Paçino və Solanın hər birinin bundan əvvəlki münasibətlərindən 3 uşağı var.
Cütlük 5 ildir ki, sevgilidir.