Türkiyəli aktyor Engin Altan Düzyatanla həyat yoldaşı Nəslişah Alkoçlar Nyu-Yorkda gəzinti zamanı çəkdirdikləri fotoları paylaşıblar.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, Nəslişahın anası, “Yeşilçam” ulduzu Hülya Koçiyitin qızı Gülşah xərçəngdən əməliyyat olunacağı üçün ailə Amerikaya yola düşüb. Məşhur cütlük boş vaxtlarında Nyu-York küçələrini gəzib.
Nəslişah həyat yoldaşı ilə olan fotolarına “Canımla” şərhini yazıb.