Ötən ilin sentyabrında iş adamı həyat yoldaşı Gürsəl Şatırdan boşanan aktrisa Sinəm Öztürk yeni sevgilisi ilə görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həkim Macit Bitargillə münasibətə başlayan aktrisa əvvəlki açıqlamalarında onun yalnız dostu olduğunu deyirdi.
“Şəxsi həyatımla bağlı heç nə danışmayacam. Hər şey gördüyünüz kimidir” deyən Sinəm jurnalistlərin suallarını cavablandırmayıb.