Məşhur yarışmanın münsifləri müsabiqədən qovuldular - video

Məşhur yarışmanın münsifləri müsabiqədən qovuldular - video
2501 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni Zelandiyada yayımlanan məşhur “X Factor” yarışmasının münsifləri Nataliya Kills və həyat yoldaşı Uilly Mun müsabiqədən uzaqlaşdırılıblar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna həmin münsiflərin iştirakçılardan birini təhqir etməsi səbəb olub.

Belə ki, N.Kills oğlan iştirakçını öz imici ilə həyat yoldaşı Uillini təqlid etməkdə günahlandırıb. Nataliya hətta ona baxanda iyrəndiyini və onun qarşısında münsif kimi oturaraq fikir bildirdiyinə görə xəcalət çəkdiyini deyib.

Bu cür açıqlamalardan sonra sosial şəbəkə istifadəçiləri tərəfindən sərt reaksiya ilə qarşılaşan Natalia və Uilli yarışmanın idarə heyəti tərəfindən müsabiqədən qovulublar.