Rusiyanın "Eurovision 2015" təmsilçisinin klipi

Rusiyanın "Eurovision 2015" təmsilçisinin klipi
1804 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision” mahnı müsabiqəsinin rusiyalı təmsilçisi Polina Qaqarinanın “A Million Voices” mahnısına çəkilmiş klipi təqdim olunub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mahnının müəllifləri “Eurovison – 2013”də 5-ci yerə çıxan Dina Qaripova üçün “What If”mahnısını yazmış komanda üzvləridir. Polinanın prodüseri Konstantin Meladze “A Million Voices” mahnısının sülh haqqında olduğunu açıqlayıb:

“Biz insanlar həm müxtəlif, həm də eyniyik. Arzulara inanırıq və sülh istəyindəyik”.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision – 2015”in birinci yarımfinalı 19, ikinci yarımfinalı 21, finalı isə 26 mayda baş tutacaq.