Samirədən yeni klip: "Kərəm gözəlləməsi" - fotolar+video

Samirədən yeni klip: "Kərəm gözəlləməsi" -  fotolar+video
1475 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar mədəniyyət işçisi Aşıq Samirə yeni klipini təqdim edib. 

Axşam.az-ın məlumatına görə, "Kərəm gözəlləməsi" adlı saz havasını özünəməxsus şəkildə ifa edib, klip çəkdirən sənətçi təəssüratlarını bölüşüb:

"Təvazökarlıqdan uzaq səslənməsin, mən əminəm ki, ərsəyə gətirdiyimiz layihə sözün yaxşı mənasında səs-küysüz ötüşməyəcək. İnstrumental saz havası Etibar Qasımbəyli tərəfindən aranjiman edilib. "Kərəm gözəlləməsi"nə çox dolğun klip çəkdirməyi qarşıma məqsəd qoydum. Rejissor Ülviyyə Könülə müraciət etdim. Ekran işində milli-mənəvi dəyərlərimizin gözəlliyi-qədim musiqi alətimiz olan saz, dastanlarda yaşayan el havası, rəqslərimiz, milli geyimlərimiz, xalçalarımız, ən önəmlisi şəhərimizin tarixi və müasir məkanlarının əks olunmasını istəyirdim. Klip Dövlət Xalça Muzeyində, Heydər Əliyev Mərkəzinin, "Qoşa qala" qapılarının, eləcədə "Qız qalası"nın qarşısında çəkilib. Xoreoqraf Nailə Məmmədzadə saz havasına uyğun rəqs qurdu və mən oğlan rəqqaslarla birlikdə kameralar qarşısına keçdim. İyunda Azərbaycan "Avropa Olimpiya Oyunları"na ev sahibliyi edəcək. İndi bütün diqqət bu mötəbər idman bayramının hazırlıqlarına yönəlib. Çalışdım ki, bu işdə mənim də payım olsun".

Samirənin klipdə stili üzərində Anar Məmmədov, Aybəniz Əhmədova çalışıb.

Foto : Ramil Bəkirov