"Kaçak gelinler"dən sürpriz - yeni video

"Kaçak gelinler"dən sürpriz - yeni video
3070 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kaçak gelinler" Star TV-dən TV8-ə transfer olunduqdan bir müddət sonra final edərək tamaşaçıları təəccübləndirmişdi.

Axşam.az-ın gecce.com-a istinadən məlumatına görə, serialın izləyicilərinə şad xəbər var. Sonuncu seriyada qəza səhnəsi ilə fanatlarını intizarda saxlayan ekran işinin başqa bir kanalda davam edəcəyi xəbəri yenidən gündəmə gəlib.

Dünən serialın əsas aktyorlarının yer aldığı bir foto və video "çox yaxında dönürük" mesajı ilə sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, baş rollarını Selin Şəkərçi, Dəniz Baysal, Açelya Topaloğlu və Furkan Andıçın oynadığı serialın oktyabr ayından etibarən Show TV-də yayımlanacağı xəbəri də yayılıb.