Tanınmış reper Nikki Minajın konsertində maraqlı anlar yaşanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçının fanatı olan balaca oğlan səhnəyə çıxaraq “Çoxdandır bunun xəyalını qururdum” deyib və ağlamağa başlayıb. Uşağı təsəlli edən Minaj onu qucaqlayıb.
Başını sənətçinin sinəsinə qoyan oğlanın üz mimikaları və gülməyə başlaması zalda əyləşənləri təəccübləndirib. Əslində bütün bunların Nikkinin azyaşlı fanatının kələyi olduğu üzə çıxıb.