Bu gün internetdə iki aparıcı müğənninin yeni ifaları yayımlanıb.
Müğənni Beyons pərəstişkarlarına "Die with you" adlı yeni mahnını hədiyyə edib.
Lakin mahnının videosu öyrəşdiyimiz kliplər kimi deyil. Müğənni ev şəraitində pianoda ifa edir, həyat yoldaşı repçi Cey Zi onun "rejissorluğunu" edir.
Qeyd edək ki, cütlük dünən evliliklərinin 7-ci ildönümünü qeyd ediblər.
Digər video isə barbadoslu sənətçi Rihannanındır. O, "NCAA March Madness" musiqi festivalında "American Oxygen" adlı mahnını oxuyub.
Axşam.az hər iki videonu təqdim edir.