Star TV-nin yeni serialı "Sərçə sarayı"nın izləyicilərinə pis xəbər var.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ömür Altayın rejissor olduğu, baş rollarında Songül Öden, Mert Fırat, Alican Yücesoy və başqaları olan serialın bu həftə 5-ci seriyası yayımlanıb. Lakin izlənmə reytinqlərində gözlənilən nəticəni əldə etməyərək ilk 10-luğa daxil olmayıb.
Bu səbəbdən şirkət və kanal razılığa gələrək artıq çəkilmiş seriyaların yayımından sonra ekran işinin bitirmək qərarına gəliblər.